25.02.2022-ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat Elmi Tədqiqat İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərində amansız soyqırım həyata keçirərək dinc əhaliyə divan tutdular. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı münasibətilə qeyd etmişdir ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Xocalı faciəsi haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün vətəndaşları zəruri addımlar atmalıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Şükürlər olsun ki, bu gün biz zəfər qazanmış bir xalq kimi soyqırıma məruz qalmış əhalimizin əziz xatirəsini qürür hissi ilə yad edirik.
Tədbirdə İnstitutun direktoru Vüqar Səlimov və digər əməkdaşlar çıxış edərək bildirdi ki, Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Çünki həmin faciələrin qurbanlarının xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetiriliblər.
Tədbirin sonunda faciənin qurbanlarının ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.