16.12.2022-ci il tarixdə Üzümçülük Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yekun hesabatlar dinlənilib.Gəncə təcrübə stansiyasının direktoru Nuriyev Ruzi “Emin, Elmin şirəli hibrid üzüm sortlarının bioloji və uvaloji parametrlərinin öyrənilməsi”, “Üzümün ilkin emalı laboratoriyası”nın müdiri Əliyev Əsgər “Qiymətli texniki üzüm sort və hibrid formalarının coğrafi və mikrozonallıq xüsusiyyətlərinin tədqiqi məqsədilə texnoloji göstəricilərinin öyrənilməsi və çeşidli şərabların hazırlanması” Cəlilabad Məntəqəsinin müdiri Azad Əkbərov “Cəlilabad rayonu şəraitində yerli və introduksiya olunmuş süfrə üzüm sortlarının reproduktiv, adaptiv klon formalarınin seçilməsi və artırılması”, İnstitutun doktorantı Yusif Ləzgiyev “Aborigen Mədrəsə üzüm sortundan yüksək keyfiyyətli şərablar istehsalının tədqiqi” mövzusunda olan təqdimatları ilə çıxış ediblər. İclasda metodik şuranın üzvləri, institutun şöbə müdirləri və elmi işçiləri iştirak edib. Nəticədə hesabatlar dinlənilib, müzakirələr aparılıb və bəzi tövsiyələr verilib. İclasın sonunda Əliyev Əsgər Teymur oğlu Gəncə Təcrübə Stansiyasında uzun müddətli fəaliyyətinə görə, İnstitutun direktoru Vüqar Səlimov tərəfindən Fəxri Fərmanla təltif olunub.