14.09.22 ci ildə ÜŞETİ-də ( AZSATAND/22) texniki komitənin iclası oldu. İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri a.e.f.d. Bayram Əliyev, Üzümçülük və şərabçılıq məhsullarının standartlaşması üzrə TK 22-nin sədri a.e.d. dosent Vüqar Səlimov, katib a.e.f.d.,dosent Aida Nəcəfova , üzvləri və emal müəssisələrinin numayəndələri İlham Hidayətov və Adilə Mahmudova iştirak etdilər.İclasda Şərablar, şərab materialları, konyak spirtləri, spirtlənmiş meyvə-giləmeyvə şirələrində “Uçucu turşuların və dəmirin təyini üsulları”, süfrə şərablarının fiziki-kimyəvi tərkibinin “Etil spirtinin areometrlə təyini üsulu”,Şərablar, şərab materialları və konyak spirtlərində“ Sərbəst və ümumi sulfit turşusunun təyini üsulu” kimi standart layihələri müzakirə olundu.