AZSTAND
AZS 909:2022 “Likör şərablar, coğrafi göstəricisi qorunmuş likör şərablar, mənşə yerinin adı qorunmuş likör şərablar. Ümumi texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.
Üzümçülük və şərabçılıq məhsulları sahəsi üzrə beynəlxalq tələbləri özündə əks etdirən dövlət standartlarının hazırlanması məqsədilə AZS 909:2022 “Likör şərablar, coğrafi göstəricisi qorunmuş likör şərablar, mənşə yerinin adı qorunmuş likör şərablar. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilib.
Bu dövlət standartı likör şərablara, coğrafi göstəricisi qorunmuş likör şərablara, mənşə yerinin adı qorunmuş likör şərablarına şamil edilir.
Dövlət standartının layihəsi “Kristall Plus” QSC tərəfindən işlənib hazırlanmış və "Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.