Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Təsərrüfat Stansiyasında yaz qayğıları həyata keçirilir. Belə ki, tənəklər budanır, cavan üzümlüklərdə tənəklərə forma verilir, cavan tənəklərin gövdəsinin düz olması üçün onların dibinə payacıqlar basdırılır, üzümlüklər şpalerə qaldırılır və barverən üzümlüklərdə sınmış dirəklər və qırılmış məftillər təmir olunur.