KTN-nin Üzümçülük və Şərabçılıq ET İnstitutunun əməkdaşları Azərbaycanın yerli üzüm sortlarının toplanması, bərpası və qorunması məqsədilə Pirşağıda köhnə üzüm bağlarında olublar.
Ölkəmizin nadir yerli üzüm sortlarının beynəlxalq səviyyədə qəbul edilmiş molekulyar-genetik markerlərlə identifikasiyası, genetik analiz edilmiş sortların mənşəyinin qorunub saxlanılması üçün pasportlaşdırılması məqsədilə işlər davam etdirilir. Köhnə üzüm bağlarında Azərbaycanın itmək üzrə və itmiş hesab edilən, Abşerona məxsus 11 yerli üzüm sortu müəyyən edilərək əkin materialı götürülmüşdür. Ekspedisiya zamanı həmin ərazidə həyətyanı təsərrüfat sahibinin üzümün qədim becərmə sistemi olan " sərilən formanın" qoruyub saxladığı, yüksək keyfiyyətli məhsul əldə etdiyi məlum oldu. Həyətyanı ərazidən üzümçülük və şərabçılıqda abqora, sirkə, bəhməz, şərab və s. alınması üçün qədimdən üzümün əzilməsində istifadə edilən "höyüd yaxud ovdan" daşının da on uzun illərdi qooruyub saxladdıqları da bəlli oldu.