Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasının balansında olan torpaq sahəsindən səmərəli istifadə etmək məqsədilə torpağın hamarlanması, daş-kəsəkdən təmizlənməsi və torpaq becərmə işləri davam etdirilir. Eyni zamanda mövsümi bitkilər əkilir, üzümlüklərdə aqrotexniki qulluq işləri həyata keçirilir.