Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun müvafiq qurum və təşkilatlarda birgə əməkdaşlığı davam edir.
Məlum olduğu kimi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu üzüm toxumundan yağın istehsal texnologiyası üzrə layihənin həyata keçirilməsi üçün tədbirləri davam etdirir. Bu istiqamətdə Türkiyənin müvafiq institut və universitetləri ilə da mühim danışıqlar aparılıb və tədqiqatlar davam etdirilir. Üzüm yağı istehsalının istehsal texnologiyası və metodologiyası özəl istehsalatla məşğul olan, qatqısız, soyuq sıxım, 100% təbii yağların satışını təmin edən “Fresh Oil”-in əməkdaşı Maya Səbzəliyeva bu gün institutumuzun qonağı oldu. İnstitutun laborator avadanlıqları və mütəxəsisləri, o cümlədən “yağçəkən” avadanlığı ilə tanış olduqdan sonra üzüm toxumundan üzüm yağının alınması istiqamətində birgə iş aparmaq üçün razılığa gəldilər.