Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Aqrokimya laboratoriyasının" əməkdaşları tərəfindən mövsümə uyğun olaraq tədqiqat işləri davam etdirilir. Zoğların tez yetişməsi və soyuğa davamlılığının artırılmasında gübrələnmə olduqca vacibdir. Məhsuldarlığın artımında, tənəyin inkişafında və eləcə də, zərərvericilərlə mübarizədə gübrələrin böyük əhəmiyyəti var. Gübrə verilən zaman bir sıra məqamlar gözlənilməlidir. Bu zaman gübrələrin maye halda istifadəsi daha məqsədəuyğundur.
Üzüm sortlarının keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksək olması üçün və gübrənin daha asan mənimsənilməsi üçün PH.Regülatör tənzimləyicisindən də istifadə olunub.