Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu beynəlxalq əlaqələri genişləndirir.
10.03.2022-ci il tarixdə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin direktor müşaviri Peter Szabo, xarici əlaqələr üzrə nümayəndəsi və Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Üzümçülük və Şərabçılıq ETİ-da olublar. İnstitutun ümumi fəaliyyəti və laboratoriyaları ilə tanış olub birgə əməkdaşlıq və kadr hazırlığı üzrə fikir mübadiləsi aparıblar. Hər iki tərəf öz beynəlxalq əməkdaşlıqları və əlaqələri haqqında məlumat verib. Sonda institutda uzun illər ərzində hazırlanıb saxlanan şərab zirzəmisi ilə tanış olub son illərdə hazırlanan şərablar dequstasiya edilərək qiymətləndirilib.