Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna baş çəkib, institutun fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna baş çəkib, institutun fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

Görüşdə institutun strukturu, fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat proqramları, kadr potensialı, mövcud təsərrüfat sahələri, təcrübə stansiyaları, ting istehsalı, yüksək məhsuldar üzüm əkin materiallarının çoxaldılması, elmi-tədqiqat işlərinin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub.

Hazırda üzümçülük və şərabçılığın Azərbaycan iqtisadiyyatında prioritet bir sahə olması, üzümçülüyün təşkili, istehsal olunan məhsulların istehlak bazarına çıxarılması, ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Məcnun Məmmədov institutda fəaliyyət göstərən mikroşərabçılıq, Calaq Mərkəzi, şərab zirzəmisi, tinglik əkin materialları, “Qarabağ guşəsi”, akkreditasiyadan keçmiş, tam təchizatla fəaliyyət göstərmək imkanları olan fiziki-kimyəvi analizlər və genetika laboratoriyası, onların iş prinsipi və tətbiq olunan yeni üsullarla tanış olub, öz tövsiyələrini verib.

Qeyd edilib ki, institutda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institut öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir. Nazir Məcnun Məmmədov Qarabağın nadir və yerli üzüm sortlarının çoxaldılması istiqamətində icra olunan layihələr, sortların molekulyar genetik təmizliyinin araşdırılması və OİV deskriptorları üzrə göstəricilərinin müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla tanış olub. Görüş zamanı əməkdaşların təklifləri dinlənib, tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.