Dövlət reysterinə daxil olan üzüm sortlarının üzərində müasir dövrün tələblərinə cavab verən tədqiqatlar davam edir
Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutu (ÜŞETİ) və Naxçıvan Kənd Təsərrüfatı Elmi - Tədqiqat İnstitutu arasında birgə əməkdaşlıq çərçivəsində strateji əhəmiyyətli üzüm sortlarının əkininin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparılır.
Mövcud genofond kolleksiyasının zənginləşdirilməsi üçün ölkədə rayonlaşdırılmış müxtəlif üzüm sortlarının Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitinə uyğunluğunun müəyyən olunması və yazlıq əkinlərdə qiymətləndirilmə aparılması məqsədilə ÜŞETİ-dən Dövlət reysterinə daxil olan qiymətli üzüm sortları ( Mədrəsə, Xındoqnı, Həməşərə, Ağ şanı, Qara şanı, Rkasiteli, Merlo, Hüseyni, Gəncəvi, Təbrizi, Şirvanşahı, Bayanşirə, Ağ oval kişmiş ) Naxçıvan Kənd Təsərrüfatı Elmi - Tədqiqat İnstitutuna göndərilib.