Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası"nın əməkdaşları tərəfindən aromatlı şərabların hazırlanması üsulu təqdim edilib.
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda müxtəlif dövrlərdə aromatlaşdırılmış şərabların hazırlanmasına dair müvafiq texnologiyalar işlənib hazırlanıb. Belə şərabların hazırlanmasında təbii yolla yetişən bitkilərin köklərindən ,gövdələrindən,çiçəklərindən hətta aromatlı efir tərkibli maddələrdən etil spirti reflikatından istifadə olunmaqdadır.Bu il yovşan, nanə, kəklikotu və qızılgül ləçəyindən hazırlanmış şərab hazırlanıb.
Onlardan biri də təqdim etdiyimiz yovşandan hazırlanan aromatlaşdırılmış desert şərabıdır. Bu şərab nəinki şəffaflığı, hətta ətri və harmonik dadı ilə də digərlərindən seçilir. Eyni zamanda mədə bağırsaq xəstəliyi ilə mübarizədə də istifadə oluna bilər.