Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Bakı Qida Sənayesi Kollecinin tələbələri Üzümçülük və Şərabçılıq ETİ-da öz təcrübə proqramlarını davam etdirirlər.
"Üzümün emalı və şərabın texnologiyası şöbəsi"nin mütəxəssisləri tərəfindən tələbələrə üzümün ilkin emal prosesləri haqqında məlumat verilib. Belə ki, tələbələr şərabın hazırlandığı laboratoriya şəraiti, cihazlarla və hazırlanmış şərabın saxlanma qaydaları ilə yaxından tanış olublar.