Azərbaycanda üzüm sahələrinin güzəştli sığortası davam edir.

Artıq bir dəfə hadisə olub və ödəniş etmişik !

Azərbaycanda üzüm sahələrinin güzəştli sığortası davam edir.

Üzüm – ölkəmizin demək olar bütün bölgələrində ümumilikdə 16 min hektara yaxın sahədə becərilir. Üzüm bağları ən çox Şamaxı, Bakı, İsmayıllı, Cəlilabad, Salyan, Samux, Göygöl və Tovuzdadır.

Üzüm sahəsinin sığortası üçün sığorta haqqı bağın yerləşdiyi regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda üzüm bağının baza tarifi üzrə sığortası üçün tariflər 1,95%-6,38% arasındadır.

Məsələn 7 min manatlıq məhsul gözlənilən üzüm bağının sığorta haqqı ölkənin ayrı-ayrı regionlarında 136-446 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 68-223 manatını ödəyir. Sığorta haqqının qalan hissəsini fermerə dəstək üçün dövlət ödəyir. Hadisə baş verəndə isə sığorta ödənişi bütünlüklə fermerə verilir.

Bəs aqrar sığorta üzüm və digər meyvə bağlarını hansı risklərdən sığortalayır?

- dolu;

- qasırğa;

- fırtına;

- sel və subasma;

- leysan;

- şaxtavurma (donvurma) ;

- normadan artıq yağan qar yağıntıları;

- üçüncü şəxslərin hərəkətləri;

- ildırım;

- yanğın;

- zəlzələ,

- torpaq sürüşməsi və sair risklərdən qoruyur.

Yeri gəlmişkən, Aqrar Sığorta Fondu üzüm bağı ilə bağlı ilk ödənişini edib. İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fermer Arif Niftəliyevin sahəsini dolu vurmasına görə ona ilk sığorta ödənişi edilib.

Əlavə ödəniş etməklə üzüm bağını şaxtavurmadan (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisindən və bitki xəstəliklərindən sığorta etmək olar.

Ətraflı məlumat ➡️

https://asf.gov.az/