Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) Bakı ofisinin direktoru Jo Kyekwon ilə ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq ilə bağlı görüş baş tutub.
Azərbaycanda həyata keçirilən ağıllı kənd layihələri və modern kənd təsərrüfatı texnologiyaları prosesinə keçid bir çox dünya ölkələrinin şirkətlərinin marağına səbəb olmuşdur.
Görüş zamanı Smart farm texnologiyalarının tətbiqi ilə “Testbed”in yaradılması, əsas genetik laboratoriya analizlərinin aparılmasında Koreya təcrübəsinin tətbiqi, Koreyanın Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq istiqamətində danışıqlar aparılıb.
Məqsədimiz şərabçılıqda Smart farm texnologiyasını şərab zavodlarında tətbiq etməklə, şərab sənayesində illik istehsal həcmini artırmaqdır.