Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Şərifə Həsənova və digər nümayəndələrdən ibarət kiçik işçi heyəti Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və şərabçıllq Elmi Tədqiqat İnstitutunda olublar.
Görüşdə Qarabağın yerli üzüm sortlarının, o cümlədən XİNDOQNI üzümününün və bu sortdan hazırlanan şərabların bərpası, bioloji genetik formalarının geniş əkilib becərilməsi, enoloji xüsusiyyətlərinin müasir üsularla tədqiq olunması, həmçinim turizm potensial imkanlarının genişləndiriəsi üzrə müzakirələr aparılıb.
Eyni zamanda institutun şöbə və laboratoriyaları, şərab kolleksiyası və işin gedişatı ilə də tanış olublar.