Kənd Təsərrüfatı Naziliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun yeni üzüm sortu, Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrinə daxil edilmiş “Gəncəvi” üzüm sortunun müxtəlif ekoloji-coğrafi şəraitdə əkilib becərilən tənəklərinin enokimyəvi və enokarpoloji göstəriciləri müqayisəli şəkildə tədqiq edilmişdir. Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. Sort valideynləri ilə müqayisədə universal istiqamətli olması ilə seçilir. Salxımları ümumi kütləsinə görə şirə çıxımı 81,3%; qabıq və lətin qalığı 11,7%; daraq 3,6%; toxum 3,4% olur. 100 gilənin kütləsi 282,8 qr, 100 toxumun kütləsi 3,8 qr - dır. Salxım və gilələrinin xarici görünüşü gözəldir, gilələrinin dadı və ətri harmonikdir. Dequstasiya qiyməti yüksək olmaqla 9 baldır. Salxım və gilələrin xarici görünüşü 3 balla, gilələrin dadı və aromatı 4 balla, qabıq və lətin xarakteri 2 balla qiymətləndirilib. Gilələrdə şəkərlilik 18-22%, titirlənən turşuluq isə 6,8-8,0 q/dm3 arasında dəyişir. Təzə halda istifadə ilə yanaşı, müxtəlif növ ağ şərabların, üzüm şirəsinin istehsalı və qurudulma üçün yararlıdır.