Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda ”Ampeloqrafik tədqiqatlar qrupu” tərəfindən Abşeron Təcrübə Təsərrüfatlarında əkilib becərilən üzüm sortlarının təyin edilməsi və sort təmizliyinin müəyyən edilməsi məqsədilə tədqiqat işləri davam etdirilərək, yerli üzüm sortlarının ampelodeskriptor, enokarpoloji və fenotipik əlamətlərinin müasir laborator üsullarla və OIV protokollarına uyğun öyrənilməsi işləri davam etdirlir. Yerli üzüm sortlarının ampeloqrafik və deskriptor əlamətləri təyin edilib rəqəmsal təsvir edildikdən sonra onlar məlumat bazasına daxil ediləcəkdir.
Qeyd edək ki, ampeloqrafik protokollara görə sortun təyin edilməsində salxım və gilələrin uvaloji göstəriciləri mühüm rol oynayır.
Tədqiqat obyekti Azərbaycanın qədim və nadir texniki üzüm sortlarından biri olan Ağ Xərci sortudur.