ADAU tələbələri üçün Elmi-Tədqiqat İnstitutlarında nəzəri bilikləri praktik bacarıqlarla zənginləşdirmək üçün Təcrübə Proqramı həyata keçirildi və sertifikat təqdim olundu

Kənd təsərrüfatı sahələri üzrə bakalavr və magistr təhsili alan ADAU tələbələri üçün Elmi-Tədqiqat İnstitutlarında nəzəri bilikləri praktik bacarıqlarla zənginləşdirmək üçün Təcrübə Proqramı elan olunmuşdur.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrotexnologiya” fakültəsinin 3-cü kurs tələbəsi Günel Ələsgərli Azərbaycan Dövlət Aqrar Universiteti və Üzümçülük Şərabçılıq Elmi-tədqiqat institutu arasında aparılacaq təcrübə proqramında iştirak etmək üçün müraciət etmiş və onlayn müsabiqədən uğurla keçmişdir. Təcrübəçi 02-31 avqust tarixi müddətində “Şərabın istehsalı və saxlanması, şərabın keyfiyyətinin yoxlanılması, üzüm sahələrində aqrotexniki və aqrokimyəvi tədbirlər və s.” mövzusunda olan təcrübə proqramını uğurla başa vurmuş, rəhbərlik tərəfindən sertifikat təqdim olunmuşdur.