25.07.2022-ci il tarixdə Üzümçülük və Şərabçılıq ET İnstitutunun direktoru, a.e.d., dosent Vüqar Səlimovun İsrailə gedəcək şəxslər üçün onlayn təlimi keçirilib. “AZƏRBAYCANDA ÜZÜMÇÜLÜK VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda olan təlim zamanı məruzəçi ilk öncə Azərbaycanda mövcud olan, yetişdirilən üzüm sortları haqqında və üzümçülüklə bağlı olan problemlər ətrafında çıxış edib. Daha sonra Azərbaycanda üzümçülük və şərabçılığın tarixinə dair faktlarla məlumat verərək vətənimizin üzüm bitkisinin ən qədim yaranma və mədəniləşmə mərkəzi olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, tarixən xalq seleksiyası ilə bölgənin iqtisadi və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla yerli sortlar yaradılıb və mikrozonalar, hətta mikroərazilər üçün uyğunlaşdırılıb.
Təlimin sonunda iştirakçılara müraciət olundu və onlara maraqlı olan suallar cavablandırıldı.