19 yanvar 2022-ci il tarixində Üzümçülük və şərabçılıq Elmi Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
İnstitutun direktoru Vüqar Səlimov çıxış edərək bildirib ki, Azərbaycan xalqı öz inkişaf tarixində şanlı-şərəfli bir iz qoymuşdur. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 32 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.” Və bu gün biz işgaldan azad olunmuş torpaqlarımızla daha da qürurlu və başımız dik ayaqdayıq.
Daha sonra institutun digər əməkdaşları da öz sözlərini deyiblər.
Sonra 20 yanvar şəhidlərinin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.