7.11.2022-il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutuna " Şans" şirkətlər qrupunun direktoru İqor Həsənov və həmin şirkətin baş aqronomu Faiq Quliyev qonaq olub. Görüş zamanı qonaqlar institutun direktoru Vüqar Səlimova şirkət haqqında geniş məlumat veriblər. Qeyd ediblər ki, şirkət artıq 17 ildir kənd təsərrüfatı üçün yüksək keyfiyyətli bitki qoruma vasitələrini ve mikrogübrələr tədarük edir. Və bugün " Şans" şirkətlər qrupu sahə üzrə beş ən iri federal şirkətlər siyahısına daxildir. Belə ki, müəssisənin layihə gücü ildə 50 min litr məhsul təşkil edir. Sonda isə görüş nəticəsində ÜŞETİ-nin təcrübə təssərrüfatlarında müxtəlif növ bitki mühafizə vasitələrinin səmərələliyinin yoxlanılması məqsədilə nümayiş sahələrinin və seminarların təşkili qərara alınıb.