06.12.2022-ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yekun hesabatlar dinlənilib. "Üzümün aqrotexnikası şöbəsi"nin müdiri Azər Şükürov "Differensial aqrotexnika elementlərini tətbiq etməklə yeni hibrid, aborigen və introduksiya olunmuş üzüm sortlarının müxtəlif ekoloji şəraitdə adaptiv əlamətlərinin və müasir becərilmə texnologiyalarının öyrənilməsi, "Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi"nin müdiri Afət Hüseynova "Üzüm genefondunda innovativ texnologiyalar əsasında qiymətləndirilməsi, donor genotiplərin seçilməsi, müasir tələbata cavab verən yeni süfrə, kişmişi və texniki üzüm sortlarının yaradılması, irsi xüsusiyyətləri zəifləmiş qiymətli sortların təsərrüfat-yararlı əlamətləri üzrə yaxşılaşdırılması", "Aqrokimya laboratoriyası"nın müdiri Elnurə Musayeva "Üzüm sortlarının optimal gübrə normalarının müəyyən edilməsi məqsədi ilə aqrokimyəvi parametrlərin tətbiqi", və "Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası"nın müdiri Vüsalə Şükürovanın " Müxtəlif coğrafi-ekoloji şəraitdə yetişdirilən texniki üzüm sortlarından hazırlanan şərabların üzümün biokimyəvi xüsusiyyətlərindən olan asılılığının tədqiqi" mövzusunda olan təqdimatları ilə çıxış ediblər. Müzakirələr aparılıb, bəzi tövsiyyələr verilib və şura üzvlərinin yekdil müsbət rəyləri nəticəsində qəbul olunub.