06.12.2022-ci il tarixdə"Kənd yerlərində biznes informasiya sisteminin (KYBİS) yaradılmasına dəstək" layihəsinin bağlanış konfransı keçirilib.
Tədbirdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi"nin müdiri Aynurə Quliyeva, həmin şöbənin gənc mütəxəssisləri Könül Abdullayeva və Şövkət Hüseynova da iştirak edib.
Layihənin məqsədi kənd bazarlarında informasiya xidmətlərinin inkişafı sahəsində Azərbaycan Respublikaının Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin institusional və texniki imkanlarını gücləndirmək və təkmilləşdirmək, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün əlverişli mühit yaratmaq, kənd yerlərinin inkişafı siyasətinin hazırlanması və siyasətin təsirinin qiymətləndirilməsində istifadə üçün etibarlı məlumatları təmin etmek olub. Bağlanış konfransının keçirilməsində əsas məqsəd layihənin əsas fəaliyyətləri və nailiyyətləri barədə tədbir iştirakçılarını, eləcə də hədəf qruplarını və ictimaiyyəti məlumatlandırmaq üçün nəzərdə tutulmuşdur .