ISO 9001:2015

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Keyfiyyətli idarəetmə siyasəti

Sənəd № ÜŞETİ/KİS/S

Yoxlama №:

Yazılma tarixi: 21.06.2022

Səhifə № 1/1

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Keyfiyyət sahəsində siyasəti

Keyfiyyət siyasətimiz - Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun ixtisaslı və motivasiyalı kadrları olan, daima inkişaf edən tədqiqat təşkilatı kimi baxışa əsaslanır.

Strateji məqsədimiz - üzümçülük və şərabçılıq sahəsində elmi tədqiqat, elmi nailiyyətlərin tətbiqi və elmi kadrların hazırlnaması xidmətlərinin göstərilməsi üzrə bazarda lider mövqe tutmaq, vicdanlı, etibarlı və uzunmüddətli tərəfdaş kimi reputasiya qazanmaq.

Keyfiyyət sahəsindəki niyyətləri həyata keçirmək üçün təşkilatın rəhbərliyi aşağıdakı öhdəlikləri üzərinə götürür:

  • irəli sürülən tələblərə riayət etmək;
  • keyfiyyət idarəetmə sistemini daim təkmilləşdirmək;
  • keyfiyyət sahəsində siyasətə və məqsədlərə zidd qərarlar qəbul etməmək və hərəkətlərə yol verməmək;
  • təşkilatın fəaliyyətinin həyata keçirilməsində məqsədlərin vəhdətini təmin etmək;
  • məqsədlərə çatmaq üçün resursları müəyyən edərək təmin etmək;
  • bütün proseslərdə işçilərin məsuliyyətini və səlahiyyətlərini aydın şəkildə bölüşdürmək;
  • hər bir işçi üçün öz qabiliyyətlərini reallaşdıra bilən, şöbəsinin (təşkilatın) fəaliyyətinin təkmilləşdirilməsində maraqlı olan və tapşırılan işdən və onun qiymətləndirilməsindən məmnunluq ala biləcək daxili mühiti və müvafiq şəraiti təmin etmək.

Əsas fəaliyyət prinsipləri:

  • bütün şöbələrin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istiqamətləndirilməsi;
  • effektiv qərarlar qəbul etmək üçün məlumatların dərin və sistemli təhlili;
  • riskə əsaslanan düşüncənin tətbiqi;
  • işin keyfiyyətinin müştəri məmnuniyyətinin dərəcəsi ilə qiymətləndirilməsi;
  • mütəxəssislərin hazırlanması və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, işçilər arasında İnstitutun yüksək nüfuzunun və hər bir işçinin maddi rifahının ən mühüm amil olması barədə anlayışın formalaşdırılması.

Qeyd: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun keyfiyyət sahəsində siyasəti İnstitutun saytında və sosial şəbəkəsində yerləşdirilməli və bütün işçilər tanış edilməlidir.

Close