Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasının Ampeloqrafik Kolleksiya bağında və tinglik sahəsində elmi-tədqiqat işləri, o cümlədən aqrotexniki, bitki mühafizə tədbirləri davam etdirlir. Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitdə olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır və bu şəraitdə tənəkarası frez torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Təcrübə Stansiyasında qiymətli yerli üzüm sortlarının qorunub saxlanması, artırılması və davamlı istifadəsi məqsədilə yeni üzüm bağlarının salınması və tingliyin yaradılması, üzümlüklərin bərpası işləri aparılır.