Üzümçülük və Şərabçılıq üzrə online təlimlər davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 15.09.2022 tarixində Şamaxı, İsmayıllı, Qəbələ, Cəlilabad, Tovuz, Salyan, Samux, Göygöl, Şabran l, Abşeron, Qazax, Şəmkir, Lənkəran, Kürdəmir, Qax Zaqatala, Balakən, Quba, Xaçmaz, Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzlərinin ( 20 DAİM) əməkdaşları üçün " ZOOM" proqramı vasitəsilə online təlim keçirilmişdir. ÜŞETİ-nin "Üzümün Aqrotexnikası" şöbəsinin müdiri a.e.f.d., dosent Azər Şükürov " Üzüm yığımı zamanı və yığımdan sonraki tədbirlər" mövzusu üzrə çıxış edərək, DAİM-lərin əməkdaşlarını maraqlandıran sualları cavablandırmışdır.
Qeyd edək ki, institutun əməkdaşları tərəfindən analoji təlimlər davam etdiriləcəkdir.