Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda daxili seminarlar davam edir. 05.11.2021-ci il tarixdə növbəti seminar "Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası"nın müdiri Vüsalə Şükürovanın təqdimatında oldu. "Üzümün biokimyəvi quruluşu və laboratoriya şəraitində öyrənilməsi" mövzusu ilə çıxış edən təlimçi ilk öncə üzüm bitkisi haqqında qısa məlumat verdikdən sonra üzümün tərkibində olan maddələrdən, karbohidratlardan sxemlər üzrə izahlar verdi. Daha sonra üzüm şirəsindəki rəngdaşıyıcıları, şərabda malvidin 3-5 diglikozidin təyini, üzüm toxumunun biokimyəvi tərkibi, üzümün lipidləri haqqında şəkillərlə məlumat verildi. Maldivin – 3,5 – diglikozid növlər arası hibridlərin və üzümün sort təmizliyinin spesifik markeri qismndə istifadə olunur. Lipidlər - Orqanik birləşmələrdən biridir. Lipidlər iki yerə ayrılır: doymuşlar və doymamışlar. Doymamış yağlar otaq temperaturunda maye halda olan lipidlər. Doymuş yağlar isə yenə otaq temperaturunda qatı halda olurlar. Üzümün yağı yarımquruyan yağlar qrupun aiddir.
Sonda üzümün mexaniki tərkibindən laboratoriyada aparılmış analzilər zamanı çəkilmiş fotoşəkillər təqdim edilməklə məlumat verildi. təlimin sonunda suallara dinlənildi və cavablandırıldı. Maarifləndirici xarakterli təlim hər kəs üçün faydalı oldu.