Üzümçülük və Şərabçılıq ET İnstitutunda tələbələr üçün ekskursiya təşkil olunub

07.07.2024-cü il tarixdə KTN, Üzümçülük və Şərabçılıq ET İnstitutunda tələbələr üçün ekskursiya təşkil olunub

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Agentliyin tabeliyində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi “CASA BAKU” MMC-nin birgə təşkilatçılığı ilə kulinariya sahəsində təhsil alan 20 nəfərlik tələbə qrupunun 5 nəfərlik qrup nümayəndələri Üzümçülük və Şərabçılıq ET İnstitutuna səfər ediblər.

Tələbələri müşayiət edən “İnformasiya Təminatı və elmi nəticələrin tətbiqi şöbəsi”nin müdiri Quliyeva Aynurə ekskursiyanın məqsədi, sözügedən agentlik ilə Üzümçülük və Şərabçılıq ETİ arasında gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. Sonra institutun mandatına uyğun olaraq həyata keçirdiyi fəliyyət, yetişdirilən yerli və introduksiya olunmuş üzüm sortları, tədqiqat prioritetləri, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Daha sonra tələbə qrupu institutun Fiziki kimyəvi analizlər və Emal laboratoriyalarında, institutun müxtəlif illərdə istehsal olunub qorunub saxlanılan şərab zirzəmisində olub, institutun əldə etdiyi nailiyyətləri əks etdirən stend və güşələrlə yaxından tanış olublar.