Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda "OİV-nin Ampelodeskriptorları ilə üzümün fenotipik göstəriciləri" mövzusunda seminar keçirilib
Seminarda üzüm sortlarının ampeloqrafik üsullarla təsvirinin öyrənilməsi zamanı formalaşmış yarpaqlardan istifadə edilib. İlk öncə üzüm yarpağının morfoloji quruluşu haqqında məlumat verilib. Daha sonra seçilmiş sortların formalaşmış yarpaqları üzərində həmin yarpaqların ayasının ölçüsü, uzunluğu, ayanın forması, dilimin sayı, ayanın səthinin rəngi, ayanın üst və
alt səthində damarların üzərində, damarların arasındakı cod və torvarı tükcüklərin, yarpağın profilinin, ayanın üst səthindəki büzmələnmələrin dərəcəsi, ayanın səthindəki qabarıqlların
xarakteri,dişciklərin forması, saplaq oyuğunun forması, saplaq oyuğunun əsasının forması, saplaq oyuğunda dişciyin mövcudluğu, yuxarı və aşağı kəsiklərin vəziyyətini, yuxarı yan kəsiyinin dərinliyi müşahidə edilərək hansı xarekterstikaya malik olması haqqında məlumatlar diqqətə çatdırlıb