Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda daxili seminarlar davam edir. İnstitutun “Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət” laboratoriyasının müdiri Vüsalə Şükürovanın “Üzümün və şərabın biokimyəvi tərkibi və laboratoriya şəraitində öyrənilməsi” və “ Üzümçülük və tingçilik” şöbəsinin elmi işçisi Reyhan İbrahimlinin isə "Vranac Üzüm Sortunun və şərabinin keyfiyyəti və xüsusiyyətləri" mövzusunda təqdimatları İnstitutun şöbə rəhbərləri və elmi işçilərininin iştirakı ilə təşkil olunmuş iclasda dinlənildi. Mövzu ilə əlaqəli suallar verildi və cavablar müzakirəli şəkildə izah olundu.