Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə tədris mərkəzləri arasında elm-təhsil mübadiləsi

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə tədris mərkəzləri arasında elm-təhsil mübadiləsi davam edir.

Azərbaycan Turizm və Menecment “Mehmanxana və restoran biznesi” kafedrasının qida mühəndisliyi ixtisasının (QM2201) tələbələri Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunda qonaq olublar.

Tələbələr institutun Fiziki-kimyəvi analizlər laboratoriyasında şərabın fiziki-kimyəvi göstəricilərinin təyini proseslərini izləyərək, emal şöbəsində şərab istehsalı prosesində istifadə edilən avadanlıqlar və onların iş prinsipi, həmçinin institutun digər şöbələrinin işi ilə yaxından tanış olublar.

Görüş tələbələrin İnstitutunun zəngin şərab kolleksiyasını ziyarəti ilə başa çatıb.