Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində xarici ölkələrin universitetləri ilə danışıqlar aparır

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru Vüqar Səlimov, "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi"nin müdiri Aynurə Quliyeva, "İnteqrir mübarizə texnologiyaları laboratoriyası" nın müdiri Günel İbayevanın iştirakı ilə İtaliyanın Udine Universitenin əməkdaşları Alessandro Francesko və Ferdi Cestari, Giovanii arasında online görüş keçirilib.

Görüşdə İnstitutun direktoru Vüqar Səlimov iqlim amillərinin, ekoloji risk amillərinin, quraqlığın, şaxtanın, qeyri-müəyyən hava şəraitinin üzümə təsiri, müəssisənin fəaliyyəti, Azərbaycanın, o cümlədən Qarabağın nadir və yerli üzüm sortlarının çoxaldılması istiqamətində icra olunan layihələr, sortların molekulyar genetik təmizliyinin araşdırılması və OİV deskriptorları üzrə göstəricilərinin müəyyən edilməsi mövzusunda müzakirələr aparılıb.

Sonda tərəflər arasında ikitərəfli elmi layihələrdə iştirak, sənədlər, nəşrlərin mübadiləsi, elmi işçilərin İtaliyada təcrübə proqramına cəlb edilməsi, yeni texnologiyaların tətbiqi və digər məsələlər istiqamətində birgə fəaliyyət perspektivlərini nəzərdə tutan əməkdaşlıq müqaviləsinin imzalanması üçün danışıqların aparılmasına qərar veriblər.