Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarların bilik və bacarıqlarının artırılması,məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə üzümçülük və şərabçılığın hazırkı problemləri barəsində müzakirələr aparılıb.