Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin təşəbbüsü ilə Aqrar İnkişaf Könüllüləri ilə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları arasında onlayn təlimlər davam etdirilir.
20.10.2021-ci il tarixdə “Üzümün aqrotexnikası” şöbəsinin elmi işçisi Nuriyyə Hüseynzadənin AİK ilə “Qarabağın yerli üzüm sortlarını və milli şərab brendlərini bərpa edib inkişaf etdirək” mövzusunda təlimi oldu. İlk öncə təlimçi mövzunun aktuallığını vurğuladı və bu mövzunun gənc üzümçülər üçün vacib məsələlərdən biri olduğunu söylədi. Daha sonra məruzəçi qeyd etdi ki, QARABAĞ - Azərbaycanın ən qədim üzümçülük və şərabçılıq diyarlarından biridir. Qarabağ bölgəsində süfrə və texniki üzüm sortları qədim “xiyaban”, “kələsər”, “Qarabağ yarımqövsü”, “kolşəkilli”, “başcıq”, “çardaq”, “sadə çardaq” sistemləri ilə becərilərək yüksək keyfiyyətli məhsul əldə etdiklərini məruzəçi qeyd etdi. Təlimin ikinci hissəsində üzüm yarpağının OİV göstəricilərinə görə xüsusiyyətlərinin öyrənilib kodlaşdırılmasından və İnstitutda bu istiqamətdə aparılan tədqiqat işlərindən işlərdən bəhs etdi. Təlimin sonunda qarşılıqlı diskursiya keçirildi, könüllülər ilə yarpağın göstəriciləri üzrə sual-cavab təşkil edildi. Könüllülərin sualları cavablandırıldı. Könüllülər üçün maarifləndirici bir təlim oldu.