Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun xarici ölkələrlə şərabçılıq istiqamətində əməkdaşlığı genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun xarici ölkələrlə şərabçılıq istiqamətində əməkdaşlığı genişləndirilir.

İtaliyanın “Colugnati & Cattarossi” şirkətinin nümayəndələri İnstitutda qonaq olublar. Görüş zamanı ilk öncə institutun fəaliyyət istiqaməti, iş prosesi, əkilib becərilən yerli və introduksiya olunmuş üzüm sortları haqqında məlumat verilib. Mütəxəssislər institutda fəaliyyət göstərən mikroşərabçılıq, akkreditasiyadan keçmiş, tam təchizatla fəaliyyət göstərmək imkanları olan fiziki-kimyəvi analizlər və genetika laboratoriyası, onların iş prinsipi və tətbiq olunan yeni üsullarla tanış olub, öz tövsiyələrini veriblər.

Daha sonra yerli texniki üzüm sortlarından hazırlanmış ekperimental şərab nümunələri ilə tanış olublar və şərabların dequstasiyası təşkil olunub. Dequstasiya zamanı şərablar italyan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib, şərabın hazırlanma texnologiyası ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, Azərbaycanın texniki üzüm sortlarından alınan şərabların bənzərsiz, özünəməxsus dad keyfiyyətlərinin olduğunu vurğulayıblar. Azərbaycanda şərabçılığın inkişaf etdirilməsilə milli şərab brendlərinin yaradılmasında Azərbaycanın texniki üzüm sortlarının böyük potensiala və böyük texnoloji yararlara, böyük texnoloji üstünlüklərə malik olduğu qeyd olunub. Mütəxəssislər eyni zamanda istehsal olunan şərab nümunələrinin fiziki-kimyəvi və orqanoleptik göstəriciləri ilə tanış olublar. Yekunda belə qərara gəlinib ki, Bayanşirə, Mədrəsə və Xindoqnı üzüm sortundan hazırlanan şərab nümunələri çox yüksək keyfiyyətə malikdir. Bu sortlar şərabçılıqda qoyulan müasir tələblərə tam cavab verir və həmin üzüm sortlarından yeni üzüm bağlarının salınması məqsədə uyğun hesab edilir.

Eyni zamanda qeyd edilib ki, ölkəmizdə milli şərab brendlərinin inkişaf etdirilməsi, şərabçılıq üzrə ixrac potensialının yüksəldilməsi istiqamətində institut və özəl sektorlar arasında birgə araşdırmalar və tədqiqatlar davam edir. Belə ki, daha öncələr də bu istiqamətdə Göygöl Şərab MMC və digər özəl müəssisələrlə görüşlər keçirilib və birgə fəaliyyət mövcuddur.

Görüşün sonunda İnstitutun doktorantlarının birgə elmi araşdırmalara da cəlb olunması barədə danışıqlar aparılıb və gələcəkdə nüfuzlu jurnallarda həmmüəllif kimi məqalələrin dərci üçün aparılan araşdırmaların, tədqiqatların elmi mübadiləsinin həyata keçiriliməsi tövsiyə olunub.