Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda ASİ Həmkarlar İttifaqı Birliyinin, KTN-in , Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri qonaq olublar.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda ASİ Həmkarlar İttifaqı Birliyinin, KTN-in , Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri qonaq olublar. İnstitutun direktoru Vüqar Səlimov görüş zamanı qonaqlara institutun fəaliyyət istiqaməti, iş prosesi, əkilib becərilən yerli və introduksiya olunmuş üzüm sortları haqqında məlumat verib. Daha sonra qonaqlar, institutun Fiziki kimyəvi analizlər və Emal laboratoriyasında olub, müxtəlif illərdə istehsal olunub qorunub saxlanılan şərab zirzəmisi ilə də tanış olublar.

Görüş zamanı İnstitutun əməkdaşı Məcnunlu Ümidə Xosrov qızı 30 mart 2024-ci il tarixdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən atletika yarışında iştirak etdiyinə görə təbrik olunub və müəyyən hədiyyələr ilə təltif olunub.