Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Üzüm və Şərabın fiziki-kimyəvi analizi" laboratoriyası"nda Respublikada fəaliyyət göstərən üzümün emal müəssisələrindən,fermer təsərrüfatlarından o cümlədən də institutda hazırlanan eksperimental şərabçılıq məhsullarının fiziki-kimyəvi analiz işləri davam etdirilir.
Hazırda İnstitutun gənc mütəxəssislərindən ibarət "Üzümdə və Şərabda müasir analiz və tədqiqatların aparılması" qrupu tərəfindən emal müəssisələrdən daxil olmuş yerli və introduksiya olunmuş üzüm sortlarından hazırlanmış süfrə şərab nümunələrinin klassik və müasir laborator üsullarla analizləri həyata keçirilir.
Analizlərin həyata keçirilməsində klassik analiz metodlarından, o cümlədən də müasir (ICP-OES, FOSS, Xromotoqrof, Spektrofotokalorimetr və s) avadanlıqlardan istifadə edilir.