01 oktyabr 2024-cü il tarixində Üzümçülük və şərabçılıq Elmi-Tədqiqat İnstitutunda "İqlim dəyişikliyi və İSO standartları" üzrə təlim keçirilib. Təlimdə institutun əməkdaşları iştirak ediblər.
Təlim müddətində ISO Standartları üzrə ekspert, i.e.f.d. Qalib Şərifov iştirakçılara qlobal istiləşmə və istixana qazları, iqlim dəyişikliyi aspektləri (təsirləri), iqlim dəyişikliyinin təsirləri ilə mübarizə yolları, ətraf mühitin mühafizəsi üzrə ISO standartları haqqında məlumat verib.
Daha sonra təlimçi ekosistemin pozulmasına dair nümunələr gətirib, nəqliyyatın iqlim dəyişikliyinə səbəb olan qlobal CO₂ emissiyalarının əsas mənbələrindən biri olduğunu vurğulayıb. Belə ki, avtomobillər və motosikletlər nəqliyyat sektorundan ümumi CO₂ emissiyalarının təxminən 45%-nə cavabdehdir.
Maraqlı fakt: Bir avtobusda 80 sərnişin varsa və hər avtomobil agər 4 (adətən isə 1) sərnişin daşıyırsa, avtobus potensial olaraq 20 (80) avtomobili əvəz edə bilər.
Effektivlik: İctimai avtobuslar fərdi avtomobillərlə müqayisədə hər bir sərnişin üçün daha qənaətcildir.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar tərəfindən verilən bir çox suallar cavablandırılıb və müzakirələr aparılıb.