03.04.2024-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda institutun direktoru aqrar elmlər üzrə elmlər doktoru, dosent Vüqar Səlimovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin, KTN Elm, təhsil və insan resursları şöbəsinin, Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri və institunun əməkdaşları iştirak ediblər.

Təbrik və ürək sözlərindən sonra yubilyar ASİHİB sədri Fuad Məmmədov tərəfindən Fəxri Fərmanla təltif olunub!

Aqrar sahənin inkişafında, eləcə də üzümçülüyün inkişafında mühüm xidmətləri olan və bu sahəyə xüsusi töhfələr verən, eləcə də gənclərin maarifləndirilməsində xüsusi xidmətləri olan Vüqar müəllimi, səmimi qəlbdən təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik!