Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, sədr müavini Salmanov Ülvi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda çalışan şəhid ailəsi Abdullayeva Güləndam Yadulla qızı ilə görüşərək onun problemləri ilə yaxından ta

Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, sədr müavini Salmanov Ülvi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda çalışan şəhid ailəsi Abdullayeva Güləndam Yadulla qızı ilə görüşərək onun problemləri ilə yaxından tanış olublar.

Şəhid ailələrinə qazilərə dövlətin dəstəyi prioritetdir. Bu gün dövlətimiz bütün resurslarını şəhid ailələri və qazilərin problemlərinin həllinə yönəldib. İndiyə qədər minlərlə şəhid ailəsi, qazilər mənzillərlə təmin edilib, onlara aylıq ödənişlər həyata keçirilir və bundan sonrakı mərhələdə də onların digər problemləri əsas prioritet kimi qarşıya qoyulmaqdadır. Görüş zamanı Abdullayeva Güləndam Yadulla qızı öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğının bariz nümünəsi olaraq, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.