Научно-исследовательский институт виноградарства и энологии

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Elmi Əsərləri Məcmuəsi. Cild 1 (22) 2020, s.9-24 çap olunub

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının qərarı ilə Elmi Əsərləri Məcmuəsi nəşr olunub. Məcmuədə ən son illərdə aparılan elmi tədqiqat işlərinin nəticələri qısa şəkildə şərh edilmiş, Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının aktual problemləri və onun elmi əsasları müvafiq istiqamətlər üzrə olan məqalələrdə işıqlandırılmışdır.

Məcmuədəki məqalələr ümumi sayı 15 olmaqla ampeloqrafiya və seleksiya istiqamətində əldə olunan nəticələri, üzüm bitkisini becərilməsi və aqrotexnikasını, xəstəlik və zərərvericilərə qarşı mübarizə yollarını, aqrokimyəvi və melorasiya işlərini, emal və texnologiyanı, şərab turizmini (enoturizm), yeni şərab keyfiyyətinin əldə olunmasını, keyfiyyətin daha münasib metod və vasitələrdən istifadə etməklə artırılmasını təqdim edilmiş əhatəli cədvəllər və düsturlar, təcrübələr zamanı hazırlanmış rəngli fotoşəkillər vasitəsilə əhatə etmişdir. Hər bir istiqamətdə əldə olunmuş yeni nəticələr, anlayışlar və onların müzakirəsi verilmişdir. İnstitutun əməkdaşları ilə yanaşı Türkiyə dövlətinin vətandaşlarının da birgə müəllifliyi ilə məqalələri dərc olunub. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitututunun Elmi Əsərləri Məcmuəsi Mündəricat, Ampeloqrafiya və seleksiya, Üzümün aqrotexnikası, Xəstəlik və zərərvericilərə qarşı mübarizə, Aqrokimya və melorasiya, Emal və texnologiya, Şərab turizmi (Enoturizm) bölmələrindən ibarətdir. Məcmuədə məqalələr Azərbaycan və türk dilində, xülasələr rus və ingilis dilində verilmişdir.

Məqalələr elmi işçilər, mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların mütəxəssisləri, doktorantlar, magistrantlar, bakalavrlar, fermer təsərrüfatı ilə məşğul olanlar üçün əsaslı tədqiqat nəticələridir, lazımılı materiallardır.

PDF