ÜzüÜzümçülük və Şərabçılıq ET İnstitutunda Salyan, Cəlilabad, Ağstafa, Abşeron, Şəmkir, Samux, Şamaxı, Qazax, İsmayıllı (9 DAİM) əməkdaşlarının dəvət etdikləri fermerlər üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirildi.

Üzümçülük və Şərabçılıq ET İnstitutunda Salyan, Cəlilabad, Ağstafa, Abşeron, Şəmkir, Samux, Şamaxı, Qazax, İsmayıllı (9 DAİM) əməkdaşlarının dəvət etdikləri fermerlər üçün “ZOOM” proqramı vasitəsilə online təlim keçirildi. Üzümçülük və Şərabçılıq ETİ-nin "Ampeloqrafiya, Seleksiya və Tinglik" şöbəsinin müdiri Afət Hüseynova "Üzümçülükdə yaşıl əməliyyatların aparılması texnologiyaları" mövzusunda olan təlimi ilə mövsümlə əlaqədar olaraq üzümçü fermerləri faydalı məsləhətlərlə məlumatlandırdı. Üzüm tənəyi üçün yaşıl budama çox vacib əməliyyatlardqandır. Bu əməliyyat vaxtında yerinə yetirilməzsə məhsulun keyfiyyətini aşağı düşməsinə səbəb olar. Yaşıl əməliyyat may ayından başlayaraq həyata keçirilir. Bu əməliyyatın əsas məqsədi tənəyin zoğlarla yükünü təyin etmək , tənəyin havaalmasını, yarpaqların yaxşı günəş şuaları alması və düzgün forma verilməsidir.

Yaşıl zoğların bağlanması tənək üçün əsas əsas tədbirlərdəndir. Yaşıl zoğların qırılmaqdan qorumaq ,xəstəlik və zərərvericilərdən müdafiə səmərəsini artırmaq ,normal günəş şualarını qəbul edilməsi üçün zoğların bağlanması əsas tədbirlərdəndir.Birinci mərhələ zoğun uzunluğu 40-50 sm -ə çatdıqda, ikinci bağlama isə çiçəklənmədən 8-10 gün sonra zoğlar üçüncü məftilə çatdıqda aparılır. Yaşıl zoğların bağlanması 2 mərhələdə (mexaniki və əl ilə) həyata keçirilə bilər və müxtəlif bağlama materiallardan istifadə edilir.

Tənəklərdə yaşıl zoğlardakı yarpaq qoltuğundan ikinci sıra zoğlar çıxır ki, buna bic zoğlar deyilir. Bu zoğların qoparılıb atılmasına bicvurma əməliyyatı deyilir. Bu zoğlardan məhsulvermə, çoxaltma, forma verilməsində, şaxta¬dan zədələnmiş üzümlüklərin bərpasında istifadə edilir.Bic zoğlar həm adi şəraitdə, həm də zoğların ucunun qoparılmasından sonra əmələ gəlir. Zoğların ucu qoparıldıqdan 7-10 gün sonra bic zoğlar inkişaf etməyə başlayır. Bicvurma tənəyin işıqlanma və havalanma rejimini tənzim edir. Bununla da tənəkdə salxım və gilələr normal şəkərlilik toplayır, gilələr bərabər yetişir, xəstəlik və zərərvericilərlə sirayətlənmə xeyli azalır ki, bu da mübarizə işini asanlaşdırır.

Torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən, tənəyin yükündən asılı olaraq bicvurma bir neçə dəfə aparılmalıdır. Birinci bicvurma çiçəkləmədən 3-5 gün qabaq (əgər bic zoğlar güclü inkişaf edibsə), ikinci bicvurma isə çiçəkləmədən təxminən 10-15 gün sonra aparılmalıdır. Münbit torpaqlarda və suvarma şəraitində yüksək boy gücünə malik olan sortlarda bic zoğlar təkrar əmələ gələ bilər. Bu halda onlar gilələrin yetişməsinə mane olacaqdır. Ona görə də təkrar bicvurma həyata keçirilməlidir.Bicvurma zamanı bəzi qaydalara əməl edilməlidir. Belə ki, barlı zoğların üzərindəki bic zoğlar dibindən qoparılıb atılmalıdır. Əvəzetmə üçün seçilmiş zoğlarda 2-3 yarpaq saxlanıla bilər. Boy gücü zəif olan tənəklərdə çox isti və quru iqlimi olan rayonlarda bicvurma aparılmamalıdır. Belə ki, günəş şüalarının çox düşməsi nəticəsində salxım və gilələrdə yanıq əmələ gələ bilər.