Üzümçülükdə ekoloji təmiz məhsul istehsalı ilə əlaqədar bioloji mübarizə mühüm əhəmiyyət kəsb edir. Bioloji mübarizədə feromon tələlərin rolu böyükdür

Üzümçülükdə ekoloji təmiz məhsul istehsalı ilə əlaqədar bioloji mübarizə mühüm əhəmiyyət kəsb edir. Bioloji mübarizədə feromon tələlərin rolu böyükdür. Feromon tələlər zərərvericilərin məhv edilməsində və mübarizə vaxtının təyin edilməsində mühim əhəmiyyətə malikdir.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun “İnteqrir mübarizə texnologiyaları” laboratoriyasının əməkdaşları tərəfindən "Ampeloqrafik Kolleksiya bağı"nda salxım yarpaqbükəninə qarşı mübarizə tədbirləri həyata keçirilir. Belə ki, üzümlüklərdə feromon tələləri quraşdırılaraq müşahidələr aparılır.

Üzümçü fermerlərə salxım yarpaqbükəninə qarşı mübarizədə feromon tələlərindən istifadə etmək tövsiyə olunur. Feromon tələlərlə salxım yarpaqbükəninin (giləqurdunun) inkişaf tisiklini

izləmək mümkündür.

Salxım yarpaqbükəninin erkək fərdlərinin uçuşunu və tələyə düşmə intensivliyini təyin etməklə mübarizənin səmərəliliyini artırmaq olar.