Üzümçülük və Şərabşılıq ET İnstitutunun Ampeloqrafik kolleksiya bağında Ampeloqrafiya, seleksiya və tinglik şöbəsinin mövzu planına uyğun olaraq təqqiqat işi aparılır

Üzümçülük və Şərabşılıq ET İnstitutunun Ampeloqrafik kolleksiya bağında Ampeloqrafiya, seleksiya və tinglik şöbəsinin mövzu planına uyğun olaraq təqqiqat işi aparılır. Bildiyimiz kimi, üzümdə spontan mutasiyalar nəticəsində vegetativ dəyişkənliklər baş verir. Bu mutasiyalar tumurcuqda, zoğlarda müşahidə edilir. Müşahidələr zamanı yerli süfrə üzüm sortu Mərəndinin populyasiyasında bir neçə tənəklərdə tezyetişən, orta sıxlığa malik olan forması, tənəyin digər zoğunda isə gecyetişən forması əmələ gəlmişdir. Tədqiqat zamanı tezyetişən, orta sıxlığa malik olan Mərəndi sortunun əldə olunması üçün həmin tənəklər vegetativ artirilması üçün nişanlanaraq etiketlənmişdir.