Üzümçülük və Şərabçılıq ETİ-da hesabatların müzakirəsi və dinlənilməsinin üçüncü və son hissəsi həyata keçirildi.

Üzümçülük və Şərabçılıq ETİ-da hesabatların müzakirəsi və dinlənilməsinin üçüncü hissəsi həyata keçirildi. İnstitutun "Üzümün saxlanması, qurudulması və təkrar emalı", "İnteqir mübarizə texnologiyaları” laboratoriyalarının, "Üzümçülük və tingçilik", “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbələrinin mövzu planına uyğun olaraq aparılan elmi tədqiqat işlərinin 2021-ci il üzrə illik hesabatları dinlənilmişdir. Hesabatlar müzakirə olunaraq şura üzvlərinin yekdil müsbət rəyləri nəticəsində qəbul olundu. Eyni zamanda İnstitutun doktorantları da 2021-ci il üzrə apardıqları tədqiqat işlərinin hesabatını təqdim etdilər. Aparılan elmi araşdırmalar alim və mütəxəssislər tərəfindən müəyyən təklif və məsləhətlərlə qiymətləndirildi.