Üzümçülük və Şərabçılıq ET İnstitutunun Fiziki-kimyəvi analizlər laboratoriyasında tədqiqat işləri davam etdirilir

Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının ( OIV ) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və beynəlxalq məlumat bazasında yerləşdirməsi məqsədilə İnstitutun gənc mütəxəssislərindən ibarət “Ampeloqrafik tədqiqatçılar” işçi qrupunun üzvləri yerli üzüm sortlarının təyin və təsvir edilməsində əsas rol oynayan yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mütəmadi öyrənirlər.