Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət" laborastoriyasının əməkdaşları tərəfindən tədqiqat mövsümünə uyğun olaraq öyrəndikləri üzüm sortları üzərində fenoloji müşahidələr davam etdirilir.

Kənd Təsərrüfat Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət" laborastoriyasının əməkdaşları tərəfindən tədqiqat mövsümünə uyğun olaraq öyrəndikləri üzüm sortları üzərində fenoloji müşahidələr davam etdirilir. Hemin laboratoriya işçiləri üçün nəzərdə tutulmuş cərgələrdə məhsuldarlıq uçotları aparılır, tənəklərdə məhsuldarlıq təyin edilir, məhsuldarlıq üzrə dəyişkənliklər müəyyən edilir, o cümlədən də yeni məhsula düşən tənəklər növbəti tədqiqatlara cəlb olunmaq üçün etiketlənir. Üzüm sortarının texnoloji yararlılığı və istifadə istiqamətinin müəyyən edilməsi məqsədilə müxtəlif sortlar üzrə gilələrin kimyəvi tərkibinin dəyişmə dinamikası öyrənilir.