Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Üzümün saxlanması, qurudulması və təkrar emalı laboratoriyasının əməkdaşları Ampeloqrafik Kolleksiya bağında şöbələr üzrə ayrılmış cərgələrdə fitosanitar vəziyyətin yaxşılaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Üzümün saxlanması, qurudulması və təkrar emalı laboratoriyasının əməkdaşları Ampeloqrafik Kolleksiya bağında şöbələr üzrə ayrılmış cərgələrdə fitosanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə müvafiq aqrotexniki tədbirləri yerinə yetirmişlər. Yaşlı tənəklərin gövdələrində həşəratların qışlama ehtimalı olan sahələr köhnə qabıq qalıqlarından təmizlənmişdir. Bağ sahəsində planlaşdırılmış aqrotexniki tədbirlərin icrası hazırda davam etdirilir.